Martın 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.olacaqdır.



