Xəbərlər

Rubio: Tramp-Putin danışıqlarından sonra ətraflı məlumatlar gözləyirik

“ABŞ administrasiyası ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığından sonra əlavə məlumat alacağını gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.

“ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff ötən həftə Putinlə şəxsən görüşdü. Bu, çox yaxşı görüş oldu. Lakin biz Trampın Rusiya prezidenti ilə danışmasından sonra daha ətraflı məlumatlar gözləyirik”, – o vurğulayıb.