“Ukraynanın müttəfiqləri münaqişənin sülh yolu ilə həlli şərtləri ilə bağlı danışıqlara qədər Kiyevin mövqeyini mümkün qədər gücləndirmək üçün mümkün olan hər şeyi etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniyanın Baş naziri Keir Starmer və Kanadanın Baş naziri Mark Karni Londonda keçirilən görüşdə bildiriblər.
“Onlar Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün hamının birlikdə çalışmalı olduğu fikri ilə razılaşıblar”, – Britaniya Baş nazirinin ofisindən bildirilib.



