Xəbərlər

Cənubi Koreya və ABŞ genişmiqyaslı “Azadlıq Qalxanı” təlimlərini başa vurub

Koreya Respublikası və ABŞ Silahlı Qüvvələri martın 10-da başlayan “Azadlıq Qalxanı” adlı genişmiqyaslı hərbi təlimləri başa çatdırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

“Manevrlər ABŞ və Koreya Respublikasının birgə müdafiə qabiliyyətini və hərbi personal arasında uzlaşmanın artdığını təsdiqləyib. Koreya Respublikası və ABŞ real təhlükələri, o cümlədən KXDR ordusunun canlı qüvvə və hərbi texnika tərkibində dəyişiklikləri, KXDR və Rusiya arasında əlaqələrdən doğan yeni reallıqların öyrənilməsi nəticəsində yeni taktika və strategiyanı əks etdirən ssenarilər əsasında praktiki təlimlər keçirib”, – komitədən bildirilib.