Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası prezident seçkilərinin tarixini müəyyən etmək üçün toplanıb.
“Füyuzat”ın məlumatına görə, Federasiya Şurası prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsinə qərar verib.
Rusiya Federasiyasının Konstitusiyasına görə, ölkədə dövlət başçısının seçilməsini müəyyən etmək Rusiya Parlamentinin yuxarı palatası olan Federasiya Şurasının səlahiyyətindədir.
Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Vladimir Putin 76,69 faiz səslə prezident seçilib.