“Avropa ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab verməli və “dişini göstərməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Almaniya parlamentinin deputatı Anna Cavazzini deyib.
“Əlbəttə, biz əks tədbirlər görməliyik”, – deputat deyib.
O qeyd edib ki, Avropa Komissiyası danışıqlara hazırdır:
“Lakin biz də dişlərimizi göstərməliyik, çünki bu, Tramp administrasiyasının prinsipcə başa düşdüyü yeganə dildir”.
Xatırladaq ki, fevralın 10-da Tramp ABŞ-ın bütün polad və alüminium idxalına 25%-lik rüsumların tətbiq edilməsini əmr edib və bu, martın 12-də qüvvəyə minib.



