ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) və Kanadanı daha da sərt tariflər tətbiq etməklə hədələyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp “Truth Social” səhifəsində bildirib.
“Əgər Avropa İttifaqı ABŞ-a iqtisadi ziyan vurmaq üçün Kanada ilə əməkdaşlıq etmək qərarına gəlsə, mən onlara qarşı daha ciddi tariflər tətbiq etməklə cavab verəcəyəm. Söhbət hazırda planlaşdırılanlardan qat-qat sərt tədbirlərdən gedir”, – Tramp vurğulayıb.



