Xəbərlər

İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sərəncamla Ş.Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə mükafata layiq görülüb. 

Qeyd edək ki, sabah Xalq artistinin 80 yaşı tamam olur.