Xəbərlər

ABŞ: 2024-cü ildə Rusiyanın Ukrayna üçün məqbul olan müzakirələrə başlamasını istəyirik

“Vaşinqton Rusiya ərazisinə zərbələri dəstəkləmir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Feyner bildirib.

“ABŞ Rusiyanın 2024-cü ilin sonunda Ukraynada Kiyev üçün əlverişli şərtlərlə razılaşma bağlamasını təmin etməyə çalışır”, – Conatan Feyner bəyan edib.

“Biz istərdik ki, ukraynalılar gələn ilin sonunda özlərini belə bir situasiyada tapsınlar. Bu baxımdan Rusiya qərar qəbul etməlidir. Onlar Ukrayna üçün məqbul olan şərtlər və BMT Nizamnaməsi əsasında danışıqlar masasına əyləşməlidir. Bu nizamnamə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ehtiva edir. Yoxsa onlar daha güclü Ukrayna ilə qarşılaşacaqlar. Birləşmiş Ştatlar Avropada və Ukraynanın daxilində daha güclü sənaye bazasına güvənir”, – Ağ Evin nümayəndəsi qeyd edib.

“2024-cü ildən sonra biz hərbi-sənaye bazamızın istehsalını artıracağıq. Biz ukraynalılarla bu həftə Vaşinqtonda keçiriləcək konfransda onların hərbi-sənaye bazasının istehsalını artırmaq üçün müzakirələr aparacağıq. Və il yarım sonra biz indikindən daha möhkəm təməl formalaşdıracağıq”, – diplomat vurğulayıb.

“Bu, çox çətin strateji seçimdir. Rusların sonda nə qərar verəcəklərini bilmirəm. Amma onlar üçün bu fürsəti yaratmaq istərdik. Bizim bir siyasətimiz var. Biz bunu çox aydın şəkildə bildirmişik. Rusiya daxilinə zərbələri dəstəkləmirik. Biz həmçinin düşünmürük ki, bu, ukraynalıların döyüş meydanında uğur qazanması baxımından rol oynayır”, – Feyner deyib.