Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 2-də Parisə rəsmi səfər edəcək və Fransanın Avropa və Xarici İşlər naziri Jan Noel Barrot ilə görüşəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüşlərdə Türkiyə-Fransa ikitərəfli əlaqələri ilə yanaşı, Türkiyə-Avropa İttifaqı əlaqələri, Avropa təhlükəsizliyi, Ukrayna-Rusiya müharibəsi, Qəzza və Suriya başda olmaq üzrə aktual regional və beynəlxalq hadisələr müzakirə olunacaq.
Fidanın həmkarı Barrot ilə görüşlərində Fransa ilə ikitərəfli münasibətlərdə müsbət gündəm məsələlərinin ön plana çıxarılmasına və yaxın dialoqa verilən əhəmiyyəti ifadə edəcəyi, ticarət və qarşılıqlı investisiyaların artırılmasına dəstəyini ifadə edəcəyi, enerji, nəqliyyat, turizm, texnologiya, mədəniyyət və təhsil sahələrində tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində atılan addımlara toxunacağı gözlənilir.
Bundan əlavə, görüşlər çərçivəsində nazir Fidanın müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyəti və ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı fikirlərini bildirməsi, terrorla mübarizədə səmərəli əməkdaşlığın, terrora qarşı ortaq və qətiyyətli mövqeyin əhəmiyyətini bir daha vurğulaması gözlənilir.



