Xəbərlər

Bloomberg: Aİ-nin yüksək qaz qiymətləri səbəbindən gələn qışa hazırlaşması risk doğurur

Təchizat ehtiyatını çətinləşdirən yüksək təbii qaz qiymətləri Avropanı gələn qışa hazırlıqsız qoya bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg”dən Javier Blas qeyd edib.

Onun sözlərinə görə, adətən yaz-yay aylarında qaza tələbat azalır ki, bu da vəziyyəti daha əlverişli edir.

“Bu müddət ərzində şirkətlər qazı aktiv şəkildə alır və yeraltı anbarlara vururlar. Bununla belə, keçən qışdan sonra ehtiyatlar həmişəkindən daha az qalıb və Rusiya boru kəmərləri ilə tədarükün dayandırılması səbəbindən Avropa daha yüksək qiymətlər ödəməli olur”, – ekspert bildirib.