Xəbərlər

Britaniya tariflər fonunda ABŞ razılaşması üzərində işləyir

“Britaniya hökuməti sakit qalmaqda və Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflər fonunda ABŞ ilə ticarət razılaşması istiqamətində işləməkdə qərarlıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds deyib.

“ABŞ bizim ən yaxın müttəfiqimizdir, ona görə də bizim yanaşmamız dəyişməz olaraq qalır. Sakit qalmaq və ticarət sazişinin bağlanmasına sadiq olmaq. Atdığımız hər hansı növbəti addımların potensial təsirini qiymətləndirmək də daxil olmaqla, Britaniya biznesləri ilə əlaqə saxlamağa davam edəcəyik”, – nazir qeyd edib.