Xəbərlər

Rubio: ABŞ Ukraynadakı münaqişənin həllinə kömək etməyə hazırdır

“Hər iki tərəf sülhə sadiq olarsa, ABŞ hakimiyyəti Ukraynadakı münaqişənin həllinə kömək etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio
Parisdə Fransa və Britaniya hakimiyyət orqanları ilə danışıqlardan sonra bildirib.

“Əgər hər iki tərəf sülhə nail olmaq məsələsində ciddidirsə, biz kömək etmək istəyirik. Ukraynada münaqişəyə son qoyulmasının mümkünlüyü barədə anlaşma bir neçə gün ərzində əldə olunacaq”, – o əlavə edib.