“Böyük Britaniya hökuməti Ukraynaya sülhməramlı qismində qoşun göndərmək planlarından imtina edə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Atəşkəsdən sonra Ukraynada xarici kontingentlərin yerləşdirilməsi planlarından imtina sülh danışıqlarının tezliklə başa çatmasına şərait yaratmaq üçün Moskvaya güzəşt kimi qiymətləndirilir. Kiyevin avropalı müttəfiqləri Ukraynaya hərbi yardım göstərməyə və ölkənin yenidən qurulmasına, eləcə də hava və dəniz missiyalarının yerinə yetirilməsinə diqqət yetirəcəklər. İndi problem Ukraynanın bütün qırmızı xətlərindən imtina etməli olmadığı kompromis tapmaqdır”, – nəşr bildirib.



