Xəbərlər

The Times: Avropa Ukraynaya əsgər göndərməyəcək

“Avropa ölkələri, çox güman ki, kadr və maliyyə çatışmazlığı səbəbindən Ukraynaya göndərilmək üçün nəzərdə tutulan 25 min əsgəri göndərə bilməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, admiral Toni Radakin avropalı həmkarlarına müraciət edərək, Rusiya ilə mümkün sülh sazişinin bağlanmasından sonra Ukraynaya 64 min hərbçi göndərilməli olduğu barədə bəyanat verib. Aprelin əvvəlində isə o, Londonun 10 min-ə qədər əsgərini göndərməyə hazır olduğunu elan edib.