Xəbərlər

Netanyahu: Əsirlər azad edilsə belə Qəzzaya hücumları dayandırmaq öhdəliyi götürə bilmərik

“HƏMAS-ın saxladığı əsirlər mümkün razılaşma ilə azad edilsə belə, Qəzzaya hücumları dayandırmaq öhdəliyi götürə bilmərik”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu söyləyib.

Netanyahu HƏMAS ilə ölkəsi arasında mümkün əsir dəyişimi razılaşması çərçivəsində dayandırılması gözlənilən hücumları əsirlər azad edildikdən sonra yenidən başlatmağı planlaşdırdıqlarına diqqət çəkib.