Xəbərlər

İsveçrənin xarici işlər naziri Çinə səfər edəcək

İsveçrənin xarici işlər naziri İqnazio Kassis fevralın 6-7-də Çinə səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

“Xarici işlər naziri Vanq Yinin dəvəti ilə İsveçrənin xarici işlər naziri Kassis fevralın 6-dan 7-dək Çinə səfər edəcək və xarici işlər nazirləri səviyyəsində Çin-İsveçrə strateji dialoqunun üçüncü raundunu keçirəcək”, – Vanq Venbin bildirib.

Qeyd edək ki, yanvarın 16-da Çin və İsveçrə ikitərəfli azad ticarət sazişinin təkmilləşdirilməsi üzrə birgə texniki-iqtisadi əsaslandırmanın tamamlandığını elan ediblər.

Çin ABŞ və Aİ-dən sonra İsveçrənin üçüncü ən böyük ticarət tərəfdaşıdır.