“Pekin Vaşinqtonla iqtisadi əməkdaşlığın tərəfdarıdır və onunla ticarət müharibəsi aparmaq istəmir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının Baş nazirinin müavini Hi Lifenq deyib.
“Çin və ABŞ arasında ticarət və iqtisadi əlaqələrin mahiyyəti qarşılıqlı fayda qazanmaqdır. Əgər Çin və ABŞ əməkdaşlıq edərsə, hər iki tərəf fayda görəcək, lakin rəqabət döyüş müstəvisinə keçsə, hər iki tərəf zərər görəcək. Ticarət müharibəsində qalib yoxdur, Çin döyüşmək istəmir, amma lazım gəldikdə döyüşməkdən də qorxmur”, – o əlavə edib.



