Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin İrana hücumunu pisləyib və münaqişə tərəflərini gərginliyin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
“BƏƏ İsrailin İran İslam Respublikasına hərbi hücumunu ən kəskin şəkildə pisləyir, davam edən eskalasiya və bunun regionda təhlükəsizlik və sabitlik üçün təsirlərindən dərin narahatlığını ifadə edir. Münaqişənin genişlənməsi risklərinin qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirmək lazımdır”, – bəyənatda bildirilib.



