“Çin və Almaniyanın hakimiyyət orqanları beynəlxalq ictimaiyyətin üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və ümumi tərəqqi naminə qlobal idarəetmənin optimallaşdırılmasının təşkili üçün birgə fəaliyyət göstərməlidirlər”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi Almaniya Kanslerinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yens Plötnerlə görüşündə bildirib.
“Çin və Almaniya beynəlxalq ictimaiyyətdə həmrəylik və koordinasiyanı təmin etməli, qlobal idarəetməni təkmilləşdirməli, bütün dünyada sabitliyə, inkişafa və tərəqqiyə müsbət töhfələr verməlidir”, – nazir qeyd edib.
“Çin və Almaniya həmrəylik göstərməli və əməkdaşlığı dəstəkləməli, müharibə düşərgələri arasında qarşıdurmaya qarşı çıxmalı, proteksionizmdən əl çəkməlidir”, – Vanq əlavə edib.