“ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında danışıqların baş tutması ehtimalı yüksəkdir və tərəflər görüşün tarixini razılaşdıracaqlar”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Xeyr, biz konkret tarixləri müzakirə etməmişik. Ancaq görüşün baş tutma ehtimalı yüksəkdir. Mən prezident Si Cinpin adına danışa bilmərəm, amma deyə bilərəm ki, prezident Tramp bu görüşün keçirilməsinə sadiqdir”, – Rubio qeyd edib.
Rubio əmin olduğunu bildirib ki, Vaşinqton və Pekin görüş üçün “hər iki tərəfi qane edən” tarix tapacaq: “Biz istərdik ki, bu görüş müsbət və mümkün qədər məhsuldar olsun”.



