Xəbərlər

KİV: Kelloq Ukraynaya səfər edəcək

“ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iyulun 14-də Kiyevə gələcəyini bildirib. Onun səfəri bir həftə davam edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın “Novosti Live” nəşri məlumat yayıb.

“Biz bazar ertəsi Kiyevdə olacağıq. Bütün həftə orada olacağıq”, – Kelloq Romada Ukraynanın bərpasına dair konfrans zamanı Ukraynanın “Novosti Live” nəşrinin jurnalistinə deyib.

Qeyd edək ki, xüsusi nümayəndə sonuncu dəfə fevral ayında Kiyevə səfər edib.

İyulun 9-da Kelloq Romada keçirilən konfrans çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və o, Ukraynaya silah təchizatı və hava hücumundan müdafiə sistemləri məsələsini qaldırıb.