ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
Yermak öz teleqram kanalında yazıb: “ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqu Ukraynada salamlayırıq”.
O əlavə edib ki, iki ölkə arasında silah təchizatı və əməkdaşlıq da daxil olmaqla bir neçə mövzunun müzakirəsi planlaşdırılır: “Söhbət üçün çoxlu mövzular var”.



