Xəbərlər

Rəsmi Bakı: Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha ifadə edirik

Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir.

“Füyuzat”ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən deyib.

“Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir”, – XİN rəsmisi əlavə edib.