Xəbərlər

İlham Əliyev Belçika kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Belçika kralı Əlahəzrət Filipə təbrik məktubu göndərib.

“Füyuzat”ın məlumatına görə, məktubda deyilir:

Əlahəzrət, Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”.