Xəbərlər

Çin birtərəfli sanksiyaları rədd edir

“Çin BMT Təhlükəsizlik Şurasının təsdiqini almayan birtərəfli sanksiyalara qarşı çıxır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Ciakun Kiyevin bir sıra Çin şirkətlərinə məhdudiyyətlər tətbiq etmək qərarını şərh edərkən deyib.

“Çin həmişə BMT Təhlükəsizlik Şurasının təsdiqini almayan birtərəfli sanksiyalara qarşı çıxır. Biz Ukraynanı yanlış nəticələrin qarşısını almaq üçün səhv siyasətini düzəltməyə çağırırıq”, – o qeyd edib.