ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barrot arasında telefon danışığı olub. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesini müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər İranın nüvə proqramı ilə bağlı da fikir mübadiləsi aparıb, həmçinin Qəzzada humanitar vəziyyət, Ukrayna müharibəsi, Sudandakı münaqişəyə toxunublar.



