“ABŞ prezidenti Donald Tramp yaxın 24-36 saat ərzində yeni anti-Rusiya sanksiyaları tətbiq etmək qərarına gələ bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox Business” telekanalında deyib.
“Prezident bu qərarı yaxın 24-36 saat ərzində verməlidir. Çox şey yaxın günlərdə işlərin necə gedəcəyindən və hansı irəliləyişin olacağından asılıdır. Və son nəticədə prezident sanksiyaların tətbiqinin zəruri olub-olmadığına qərar verməli olacaq. Düşünmürəm ki, biz prezidentin qərar verməli olduğu yerdəyik”, – Amerika diplomatiyasının rəhbəri deyib.
O əlavə edib ki, “bu gün və sabah” ABŞ administrasiyası Vaşinqtonun Moskva və Kiyevin mövqelərini nə dərəcədə yaxınlaşdıra biləcəyini anlamağa çalışacaq: “Biz müvafiq məlumatları prezidentə təqdim edəcəyik və o, qərar verəcək”.
Daha əvvəl CBS-nin müxbiri Jiang Weijia mənbələrə istinadla bildirmişdi ki, Tramp Rusiya ilə danışıqlarda irəliləyiş olmasına baxmayaraq, cümə axşamı Moskvaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək niyyətindədir.



