Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya işgüzar səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Verilən məlumata görə, Hakan Fidan səfər çərçivəsində Suriya prezidenti Əhməd Əl-Şəra tərəfindən qəbul ediləcək.
Qeyd edilib ki, iki siyasi xadim Əsəd rejiminin devrilməsindən sonra 8 ay ərzində Türkiyə ilə Suriya arasında əlaqələrin müxtəlif sahələrində əldə edilən irəliləyişlərin qiymətləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə diqqət yetiriləcək.



