Avqustun 8-də Bütün Ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin ABŞ-ın Şərqi Erməni Yeparxiyasına bir həftəlik papalıq səfəri üçün yola düşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın dini mərkəzi olan Ana Taxt məlumat yayıb.
II Qareginin ABŞ-da müqəddəs taxt-tac tərəfindən həyata keçirilən proqramları müzakirə etmək üçün görüşlər keçirəcəyi qeyd edilib.



