“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları bazar ertəsi hökumətlə müzakirə etmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN Türk” məlumat yayıb.
Əlavə edilib ki, Ərdoğanın Nazirlər Kabineti ilə görüşünün xarici siyasət gündəminin əsas mövzusu Qəzzadakı vəziyyət olacaq. Türkiyənin xarici işlər naziri Hakan Fidanın prezidentə mövzu ilə bağlı məlumat verməsi gözlənilir.



