Xəbərlər

Şimali Koreya: ABŞ–Cənubi Koreya təlimləri regionda qeyri-sabitliyə səbəb olur

“ABŞ və Koreya Respublikasının birgə “Ulchi Freedom Shield” təlimləri regionda təhlükəsizlik vəziyyətini pisləşdirir”.

“Füyuzat”ın məlumatına görə, bunu Şimali Koreyanın müdafiə naziri No Qvanq Çol deyib.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ avqustun 18-dən 28-dək birgə təlimlər keçirəcəklərini, səhra manevrlərinin yarısının isə sentyabr ayına qədər təxirə saldıqlarını açıqlamışdılar.