Koreya Respublikasının Prezidenti Li Çje Myonq ABŞ-a üç günlük səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreya prezident administrasiyasının rəsmi nümayəndəsi Kanq Yo Çun brifinqdə bildirib.
“İki lider Koreya Respublikası və ABŞ arasında hərbi ittifaqın qlobal təhlükəsizlik və iqtisadi mühitdəki dəyişikliklərə cavab verərək gələcəyə yönəlmiş hərtərəfli strateji müttəfiqliyə çevrilməsinə dair təklifləri müzakirə edəcəklər”, – Çun bildirib.
Verilən məlumata görə, səfər avqustun 24-dən 26-a planlaşdırılıb.



