Xəbərlər

Belarus və Rusiya birlikdə təlim keçirəcək

Belarus və Rusiya sentyabrın 12-dən 16-dək “Zapad-2025” strateji təlimlər keçirəcək.

“Füyuzat“ın məlumatına görə, bu barədə beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin müdiri – Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq məsələləri üzrə köməkçisi Valeri Revenko məlumat verib.

“Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin “Zapad-2025” birgə strateji təlimi 2025-ci il sentyabrın 12-dən 16-dək keçiriləcək”, – o qeyd edib.