Britaniya hakimiyyəti Ukraynada sülhməramlı qüvvələr yerləşdirmək planlarından imtina edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Verilən məlumata görə, Britaniya hərbi rəhbərliyi artıq Ukraynaya 30 minlik kontingent göndərməyi planlaşdırmır. Əvəzində ölkənin Baş naziri Keir Starmer indi Qərbi Ukrayna üzərində hava təhlükəsizliyini təmin etmək, Ukrayna qoşunlarının təliminə kömək etmək və Qara dənizin minalardan təmizlənməsini əhatə edən daha “real missiya” üzərində düşünür.



