“İndoneziya hakimiyyəti çətin vəziyyətə düşən Fələstin xalqına dəstək üçün 800 ton humanitar yardım göndərəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İndoneziya Milli Yardım Agentliyinin rəhbəri Nur Əhməd məlumat verib.
“Biz İndoneziya Milli Silahlı Qüvvələri tərəfindən İordaniya və Misir Hərbi Hava Qüvvələri ilə birlikdə Fələstinə hava ilə çatdırılacaq 800 ton yardım hazırlamışıq. Bu yardımın ilk partiyası avqustun 17-də, qalanları isə daha sonra təhvil veriləcək”, – o əlavə edib.



