Xəbərlər

Vodolatski: Rusiya və ABŞ Zəngəzur dəhlizinə nəzarəti müzakirə edə bilər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada keçiriləcək görüşdə beynəlxalq nəqliyyat marşrutu olan Zəngəzur dRəhlizinə nəzarət məsələsini müzakirə edə bilərlər.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.

“Rusiya və ABŞ prezidentlərinin ikitərəfli görüşü zamanı Zəngəzur dəhlizinə nəzarət məsələsi də müzakirə olunacaq”, – Vodolatski bildirib.