Xəbərlər

Çin Ukrayna böhranının həllinə yönəlmiş səyləri dəstəkləyir

“Çin Ukrayna böhranının siyasi yolla nizamlanmasının tərəfdarıdır və sülh yolu ilə nizamlanmaya yönəlmiş səyləri dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq ABŞ prezidenti Donald Trampın Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski və Aİ liderləri ilə görüşünü şərh edərkən deyib.

“Çin həmişə hesab edib ki, dialoq və danışıqlar Ukrayna böhranının həllinin yeganə mümkün yoludur. Çin sülhün əldə olunmasına yönəlmiş bütün səyləri dəstəkləyir”, – o əlavə edib.