Xəbərlər

“Oskar” mükafatı

Dünyanın ən nüfuzlu film mükafatı – “Oskar”, rəsmi adı ilə Academy Award. Bu mükafat hər il Amerika Kino Sənəti və Elmləri Akademiyası (AMPAS) tərəfindən təqdim olunur. Məqsəd kino sənayesində yaradılan ən yaxşı işləri ictimaiyyətə təqdim etmək və bu işləri təqdir etməkdir.

Bu mükafat ilk dəfə 1929-cu il 16 may tarixində verilməyə başlanıb. O dövrdə tədbir çox sadə və cəmi 270 nəfərlik kiçik bir mərasim idi. İlk mərasimdə12 kateqoriya üzrə qaliblər seçilmiş və öncədən elan olunmuşdu.

İlk vaxtlar mükafatın təqtimatı canlı yayımlanmasa da, 1953-cü ildən televiziya da göstərilməyə başlanıb. Mükafatın “Oskar” adlandırılması barədə bir çox məlumat var, amma əksər mənbələrdə akademiyanın direktoru Marqarit Herriklə əlaqəli olduğu bildirillir. O, fiquru ilk dəfə gördükdə: “Bu fiqur mənə necə də dayım Oskarı xatırladır”, – deyə bildirir.

“Oskar”ın təqdimetmə mərasimi hər il Amerikaya 700 milyon dollar dəyərində gəlir gətirir və təxminən həmin ərəfədə 10 000 insana yeni iş yeri açılır.

Akademiyanın təxminən 6000 üzvü var. Onlardan səsvermə hüququna isə yalnız 15 heyət malik olur. Bunun böyük hissəsini aktyor heyəti təşkil edir. Hər bir heyət öz kateqoriyasına səs verərək ən yaxşı aktyor və ya aktrisanı seçir.

Akademiyanın bütün üzvləri yalnız bir kateqoriyada, o da “Ən yaxşı film üçün” səs verirlər. Mükafata layiq təqdim olunan işlər 40 dəqiqədən az olmamalı və bu formada çəkilməlidir: 1) “Ən yaxşı sənədli film”; 2) “Xarici dildə ən yaxşı film”; 3) “Ən yaxşı qrim”; 4) “Ən yaxşı qısametrajlı film”; 5) “Ən yaxşı səs montajı”; 6) “Ən xüsusi effekt” nominasiyalarında namizəd və qalibləri seçmək üçün Akademiyadan kənar xüsusi səsvermə dəstəsi hazırlanır.

“Ən yaxşı film”ə görə başqa mükafatları rejissor və prodüser aldığı halda, “Ən yaxşı film”ə görə “Oskar”ı yalnız prodüserlər alırlar.

Bu heykəl təxminən 34 sm hündürlüyündə və 3,9 kq ağırlığındadır. O, bir qılınc tutan cəngavər obrazında hazırlanıb və film lenti üzərində dayanır – bu da sənayenin beş əsas sahəsini (aktyorlar, rejissorlar, prodüserlər, texniki işçilər və ssenaristlər) simvolizə edir. Heykəl ən son mərhələdə 24 qram qızıl örtük ilə örtülür.

“Oskar” yalnız Amerika filmləri üçün deyil – dünya kinosu üçün də çox böyük önəm daşıyır. Xarici filmlər üçün xüsusi kateqoriya var və bu mükafatı almaq bir çox ölkələr üçün böyük fəxr sayılır.

“Oskar” mükafatları adətən hər ilin fevral və ya mart ayında keçirilir. Mərasim canlı yayımlanır və milyonlarla insan tərəfindən izlənir.

Qeyd edək ki, ən çox “Oskar” mükafatını “Həvva barədə hər şey” və “Titanik” filmləri alıb. Hər iki film 14 dəfə “Oskar”a layiq görülüb.

Rejissorlardan isə bu rekord göstərici Con Forda məxsusdur ki, o, 4 dəfə bu mükafata layiq görülüb. “Oskar” tarixində yalnız aktyorlar Tom Henks və Spenser Treysi iki il ardıcıl mükafata layiq görülüblər. Tom Henks 1993-cü ildə “Filadelfiya”, 1994-cü ildə “Forrest Qamp” filimlərinə görə, Spenser Treysi isə 1937-ci ildə “Cəsur kapitanlar” və 1938-ci ildə “Cavan oğlanlar şəhəri” filmlərinə görə mükafat alıblar.

Bu vaxta qədər ən çox “Oskar” mükafatına “Uolt Disney” şirkəti layiq görülüb. Şirkət ilk “Oskar”ını 1932-ci ildə “Mikki Mouse” cizgi filminə görə alıb. Bundan sonra da demək olar ki, hər il mükafata layiq görülüb. Bu vaxta qədər şirkət 59 dəfə mükafata namizəd olsa da 26 dəfə ona sahib ola bilib.

“Oskar” mükafatı sadəcə bir film tədbiri deyil, bu kino sənayesində keyfiyyət, yaradıcı uğur və beynəlxalq tanınma simvoludur. Hər il dünyanın hər yerindən rejissorlar, aktyorlar və sənətkarlar bu mükafata layiq görülmək üçün böyük səylə çalışırlar.

Ləman Vahid