Xəbərlər

Səfir: Ermənistan inkişaf etmək üçün ŞƏT-ə üzv olmaq istəyir

“Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün rəsmi müraciət etmək qərarı onun təhlükəsizlik istəyini və çoxtərəfli əməkdaşlığın dəyərinə inamını əks etdirir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Çindəki səfiri Vahe Qevorkyan deyib.

“Biz ŞƏT katibliyi və əsas üzv dövlətlərlə yaxşı işgüzar əlaqələr qurmuşuq”, – o qeyd edib.