Baltikyanı ölkələr və Polşa sentyabrda 40 minə qədər hərbçinin iştirakı ilə təlimlər keçirəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Litva ordusunun komandanı general Raymundas Vaiksnoras məlumat verib.
“Qərb bloku Belarus-Rusiya təlimlərinə güzgü cavabı olaraq, Baltikyanı ölkələr və Polşanın iştirakı ilə 40 minə yaxın əsgərin iştirak edəcəyi regional manevrlər keçirəcək”, – o əlavə edib.
Komandir Litvada keçirilən təlimlərin miqyasını açıqlayıb.
“Perkuno Qrausmas” təlimləri bir neçə mərhələdə sentyabr və oktyabr aylarında planlaşdırılır. Təlimlərdə 10 minə yaxın əsgərimiz və 6 minə yaxın NATO müttəfiqimiz iştirak edəcək”, – general qeyd edib.



