Xəbərlər

KİV: Avropa Ukraynada 40 km-lik bufer zonanın yaradılmasını təklif edir

“Avropa Ukraynada 40 kilometrlik bufer zona yaratmağı təklif edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” məlumat yayıb.

Qeyd edilib ki, bu təklif Kiyevin avropalı müttəfiqlərinin Ukraynada müharibədən sonrakı ssenari və ya atəşkəs çərçivəsində nəzərdən keçirdikləri variantlardan biridir.

“Rəsmilər bu zonanın dərinliyinin nə qədər ola biləcəyi ilə bağlı tam qərara gəlməyiblər, lakin hələlik 40 kilometrlik olması ilə bağlı danışıqlar aparırlar”, – deyə məlumatda bildirilib.