Xəbərlər

Ərdoğan: Putinin ölkəmizə səfərini səbirsizliklə gözləyirik

Çində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş olub. Ərdoğan Putinin Türkiyəyə səfərini gözlədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Mənim dəvətim qüvvədə qalır. Sizi ən qısa zamanda ölkəmizdə salamlamağı səbirsizliklə gözləyirik. Bizim etimada əsaslanan səmimi münasibətlərimiz var. Münasibətlərimiz mövcud şəraitdən təsirlənmədən inkişaf edir”, – Ərdoğan bildirib.