Xəbərlər

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 11 maddə ilə genişləndirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniya hökumətinin yaydığı bəyanatda deyilir.

Yeni qərarla bir sıra fiziki şəxslər və təşkilatlar sanksiyalara məruz qalıb. Belə ki, Tatarıstan Baş nazirinin müavini Leyla Fazleeva, Federal Yeniyetmə Mərkəzinin rəhbəri Valeri Mayorov, Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis alayının komandiri Zamid Çalayev, Ramzan Kadırovun anası Aymani Kadırova, Tatarıstanın gənclərlə iş üzrə naziri Rinat Sadıkov sanksiyalara məruz qalan fiziki şəxslərin sırasına qoşulub. “Birincinin hərəkəti”, “Qələbə Könüllüləri” və
Axmat Kadırov Fondu kimi təşkilatlar da siyahıya əlavə olunub.