Xəbərlər

İran Avstraliya səfirini ölkədən çıxarıb

“Avqustun 26-da İslam Respublikasını antisemitizmi dəstəkləməkdə ittiham edən və İran səfirini ölkədən çıxaran Avstraliyanın qeyri-dost hərəkətlərinə cavab olaraq İran tədbirlər görüb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.

“Diplomatik qanunlara uyğun olaraq, Avstraliyanın hərəkətlərinə cavab olaraq İran İslam Respublikası da Avstraliyanın İrandakı diplomatik mövcudluğunun səviyyəsini azaldıb. Həmçinin Avstraliya səfiri ölkəni tərk edib”, – o bildirib.