Xəbərlər

Bloomberg: ABŞ Asiya Sakit Okeanda hegemon statusunu itirib

“ABŞ artıq Asiya-Sakit okean regionunda hegemonluğunu itirib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

“Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri sayca ABŞ Hərbi Dəniz Qüvvələrini geridə qoyub. Çin sürətlə yeni tipli təyyarələr, raketlər və digər hərbi texnikalar təqdim edir. Pekinin hərbi qüdrəti sentyabrın 3-də keçirilən genişmiqyaslı hərbi parad zamanı bir daha dünyaya nümayiş etdirilib”, – məlumatda bilidirilib.