“İsrail və müttəfiqləri İrana qarşı yeni müharibəyə başlaya bilmirlər və buna görə də psixoloji təzyiq göstərirlər”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Əli Məhəmməd Naeini deyib.
“Düşmən yeni müharibəyə başlaya bilməz, lakin ölkəni narahatlıq və gərginlik mühitində saxlamaq istəyir. İsrail və ABŞ psixoloji əməliyyatlar aparır, təhlükə hissi yaratmağa çalışır. İran münaqişə təşəbbüskarı olmamaqla bərabər, bundan qorxmur.
Əgər müharibə başlasa, biz qalib gələcəyik və düşməni peşman edəcəyik”, – o əlavə edib.



