Xəbərlər

Rubinyan: Yaxın günlərdə Türkiyə rəsmiləri ilə Ermənistanda görüş baş tutacaq

“Yaxın günlərdə Türkiyə nümayəndə heyəti ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə etmək üçün görüş planlaşdırılıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan brifinqdə çıxışı zamanı bildirib.

“Yaxın günlərdə Türkiyə tərəfi ilə Ermənistanda görüş baş tutacaq. Gündəliyə Ermənistan-Türkiyə münasibətləri, keçirilən tədbirlər və gələcəkdə atılması lazım olan addımlar daxildir. Anidəki tarixi körpünün və Gümrü-Qars dəmir yolunun bərpası, ümumilikdə münasibətlərin normallaşması üçün imkanlar var”, – o əlavə edib.