“Qərbin Belarusa qarşı sanksiyaları ölkəni diz çökdürmək üçün nəzərdə tutulmuşdu, lakin biz bunun öhdəsindən gəldik”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Bizə qarşı görünməmiş, qeyri-qanuni, sərt sanksiyalar tətbiq edildi. Onlar diz çökməyimizi gözləyirdilər. Amma bu gün əminliklə deyə bilərik ki, biz müflis olmamışıq, bunun öhdəsindən gəlmişik. Bəli, çətin idi. Hələ də çətindir. Lakin biz buna qarşı mübarizə aparırıq”, – o əlavə edib.



