Polşa təhlükəsizlik qüvvələri Varşavanın sərhədi bağlamaq təşəbbüsündən sonra Belarusla sərhəd keçid məntəqələrindən birinə tikanlı məftillər və maneələr quraşdırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Belta” agentliyindən məlumat verilib.
“Polşa yerli vaxtla saat 01:00-da (Bakı vaxtı ilə 03:00-da) Belarusun “Brest” keçid məntəqəsindən nəqliyyatın qəbulunu dayandırıb. Bundan sonra Polşa təhlükəsizlik qüvvələri tikanlı məftilləri, Brunonun spiralını və metal hasarlar çəkib”, – məlumatda bildirilib.



